ÇİBANINA TOXUNMAQ
ÇİÇƏYİ BURNUNDA OLMAQ
OBASTAN VİKİ
Çıxartmaq
Çıxartmaq – 1. müəyyən seçim qaydalarına əməl etməklə hər hansı böyük qrupdan sistemli olaraq elementlərin uzaqlaşdırılması və ya onların təkrarlanması. Proqramlaşdırmada çıxatmaq dedikdə, hansı simvolların uzaqlaşdırılmasını, hansıların isə saxlanmasını müəyyənləşdirən maskadan (şablondan) istifadə etməklə bir simvollar yığınından başqa birinin alınması nəzərdə tutulur. 2. Disketin və ya bənzər yaddasaxlama qurğusunun kompüterdən uzaqlaşdırılması. 3. Disketin, CompactFlash kartın, yaxud başqa yaddasaxlama qurğusunun uzaqlaşdırılması haqqında kompüterə göstəriş vermək. Eject əməli kompüterə verilənlərin qurğuya yazılmasını dərhal dayandırmağı bildirir. Bu zaman qurğu daşıyıcını fiziki olaraq çıxarda da bilər, çıxartmaya da. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 253 s.
Çiçək
Çiçək və ya gül — tumurcuqdan əmələ gələn şəklini dəyişmiş zoğ. == Çiçəklərin quruluşu == Müxtəlif bitkilərdə çiçəklərin quruluşu da fərqlidir. Çiçəyin yerində bir və bir neçə toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər, adətən, toxumla çoxalır. Müxtəlif bitki çiçəklərinin quruluşunda müəyyən oxşarlıq da vardır. Çiçək çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir. Saplağın genişlənmiş hissəsində — çiçək yatağında isə çiçəyin digər hissələri əmələ gəlir. Bəzi bitkilərin çiçəklərində çiçək saplağı olmur. Belə çiçəklər oturaq çiçəklər adlanır. === Çiçəyin funksiyaları === Çiçəyin funksiyaları: Çiçək tacının parlaqlığı və nektar cücüləri cəlb edir.
Banu Çiçək
Banu Çiçək — "Kitabi-Dədə Qorqud" dastanında işlənən antroponimlərdən biridir. Mürəkkəb quruluşlu Banuçiçək antroponimin birinci hissəsi fars mənşəli «Xanım» anlamlı banı tituludur. Semantikasında gözəllik ifadə edən, çoxəsrlik tarixə malik olan, bu gündə qadın adı kimi işlənən «çiçək» adının qədim tarixi vardır. Dastandakı «Banuçiçək» antroponiminin yaranmasında «xanım», «padşah arvadı» mənasında olan Banı titulu ilə «çiçək» apelyativi uyğun təşkil edir. Banu Çiçək. Mürəkkəb quruluşlu “Banuçiçək” antroponimin 1-ci hissəsi fars mənşəli “xanım” anlamlı banı//banu tituldur. Müasir ədəbi dilimizdə titul kimi arxaikləşsə də, antroponimlər sistemində qadın adı kimi ayrılıqda, həm də mürəkkəb quruluşlu antroponomlərin tərkibində işlənməkdədir. “Orxon-Yenisey” abidələrində “çeçek” şəklində işlənən apelyativ gözəllik məzmunlu olduğuna görə qədim türk ad sistemində antroponim yaradıcılığına cəlb edilmişdir. Semantikasında gözəlliyi, qəşəngliyi bildirən, əsrlərin süzgəcindən keçib gələn, çoxəsrlik tarixə malik, bu gün də türk antroponimləri sistemində qadın adları kimi işlənən “çiçək” adının tarixi qədimdir. Macar alimi Pyotr Qolden yazır ki, 732-ci ildə Xəzər xaqanı öz qızını Bizans imperatoru Konstantinə ərə verir.
Cəmil Çiçək
Cəmil Çiçək (4 noyabr 1946, Yozqat) — Türkiyə Böyük Millət Məclisinin sədri. == Həyatı və fəaliyyəti == 1946-cı ildə Yozqatda doğulan Cəmil Çiçək İstanbul Universitetinin hüquq fakültəsini bitirib. Turqut Özalla bərabər Ana Vətən Partiyasının qurucularından olan Cəmil Çiçək bu qurumun hakimiyyəti illərində ailə məsələləri üzrə dövlət naziri vəzifəsini icra edib. TBMM-in 18, 20, 21, 22-ci çağırışlarında Ankaradan millət vəkili seçilib. 2002-ci ildə AKP-nin qurulmasında iştirak edən Cəmil Çiçək Rəcəb Teyyub Ərdoğan hökumətində ədliyyə naziri, baş nazirin müavini və hökumət sözçüsü vəzifələrində çalışıb. Evlidir, 3 övladı var. == Türkiyə Böyük Millət Məclisinə sədr seçilməsi == 2011-ci il iyulun 4-də Türkiyə Böyük Millət Məclisinə sədr seçilib. Cəmil Çiçəklə bərabər sədrliyə AKP-dən Zelkif Kazdal, Milliyyətçi Hərəkat Partiyasından (MHP) Tunca Toskay namizəd olublar. İlk turda Cəmil Çiçək 302, Tunca Toskay 50, Zelkif Kazdal 23 səs alıb. Qələbə üçün millət vəkillərinin üçdə ikisinin (367) səsini almaq tələb olunduğundan ikinci tur keçirilib.
Sünbül (çiçək)
Sünbül və ya Başaq (lat. Spica) — çiçək qrupu; uzunsov sünbül oxu üzərində yerləşən oturaq çiçəklərdən (sadə sünbül), yaxud bir neçə çiçəyi olan sünbülcüklərdən (mürəkkəb sünbül) ibarətdir. Bağayarpağı, səhləb çiçəklilərin çoxu və s. sadə sünbülə, buğda, arpa, çovdar və s. taxıllar mürəkkəb sünbülə malikdir. == Dində == "Quran"da sünbül haqqında belə bir ifadə var: "Allah yolunda mallarını xərcləyənlərin nümunəsi sünbül kimidir ki, hər sünbüldə yüz dənə vardır. Allah dilədiyinə qat-qat çoxunu verər.
Təbii çiçək
Təbii çiçək — ağır yoluxucu xəstəlik. İnsanlar təkcə bilavasitə əlaqə nəticəsində deyil, həmçinin üçüncü şəxslər tərəfindən də yoluxa bilərlər. Toz vasitəsilə yoluxma binaların içərisində də yayıla bilər. Çiçək törədicisi inkubasiya dövründən sonra qana keçir və bir neçə gün ərzində qanda dövran edir. Qanın viruslarla dolması çox şiddətli ümumi reaksiyaya, bədənin yüksək hərarətinə, baş ağrısına, bel ağrısına, yaddaşın depressiyasına səbəb olur. 2–3 gündən sonra bədəndə, xüsusilə boğazda və üzdə səpkilər əmələ gəlir. Bu səpkilər şişli və qızılcalı olur. 8–9-cu günlərdə suluqların irinləməsi başlanır, deşilmiş və ya mexaniki olaraq zədə (travma) almış yerlərdən çirk axır və üzün şişməsi baş verir. Selikli qişanın xoralanması nəticəsində udqunma çətinləşir. 15–16-cı günlərdə suluqlar quruyur və nazik qabıq əmələ gəlir, bunlar sonra tədricən düşməyə başlayır.
Çiçək (Salmas)
Çiçək (fars. چيچك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Etimologiyası == Çiçək adı Türkcə bir kəlmədir Çiçək vəya kiçik gül anlamına gəlir. == Tarix == Dilman dəprəmindən öncə kəndin qurulduğu məkan indi Kənd yeri adlanan məntəqədə yer alırdı və əhalinin dediyinə görə Üst Çiçək və Aşağı Çiçəkəyə bölünürdü. Kəndin bir neçə tarixi yeri vardır o cümlədən: Kafir təpə, Üç qardaşlar qəbiri, Girdəsərə, Gicələn, Daşlar. Və birdə Kəndin mərkəzində olan Şehid Təpəsi (Murad Şehidi Təpəsi və ya Şeyid Böyrü) qəbristanlığıdır. Güney Azərbaycanı Ruslar və Ermənilərin işğalından qurtarmaq üçün köməyinə gələn Osmanlı ordusundan şəhidlərin məzarlığıdır (823 şəhid Avacıq döyüşü). Bu məzarlıq məscid həyətini böyütmək nədəniylə böyük bir xisarət alıbdır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 706 nəfər yaşayır (147 ailə). Kənd əhalisini əsasən şiə və qismən sünni-şafi (Kürəsünni) Azərbaycan Türkləri təşkil edir.
Çiçək Mahmudqızı
Çiçək Mahmudqızı (Məmmədova Çiçək Mahmud qızı; d. 5 mart, 1964, Qaymaqlı, Qazax rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan şairi, publisist, televiziya aparıcısı. "Aşıq Pəri" məclisinin üzvü (1984). == Həyatı == Məmmədova Çiçək Mahmud qızı 1964-cü il mart ayının 5-də Qazax rayonunun Qaymaqlı kəndində anadan olub. 1971-ci ildə Qaymaqlı kənd orta məktəbin birinci sinfinə gedib və orta təhsilini 1981-ci ildə bitirib. 1982-ci ildə Azərbaycan Dillər Universitetinə daxil olub və 1987-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1987-ci ildən etibarən respublikamızın müxtəlif rayonlarında müəllim kimi işləyib. == Yaradıcılığı == Çiçək Mahmudqızı dövri mətbuatda şeirlərlə və publisistik yazılarla çıxış edib.Azərbaycan Dövlət Radiosu və Televiziyası verlişlərində ştatdankənar müxbir kimi çalışıb. 1984-cü ildən "Aşıq Pəri" məclisinin üzvü olub. 1993-cü ildən Gəncə şəhərinə köçüb, həm orta məktəbdə, həm də Gəncə Dövlət Universitetində müəllim kimi işləyib.
Çiçək Xatun
Çiçək Xatun (d. 1443 – ö. may 1498) - 7. Osmanlı padşahı II Mehmedin hərəmi və Cem Sultanın anası. == Həyatı == Həyatının ilk illəri bilinmir. Sadəcə doğum tarixinin 1443-cü il olduğu məlumdur. Bəzi mənbələrə görə Türkmən bəyi Əli bəyin bacısıdır. Ancaq bu məsələ mübahisəlidir. Çünki xarici mənbələrə görə bu qadın əslən serbdir.1458-ci ildə ildə II Mehmedlə evləndirildi. 22 dekabr 1459-cu ildə taxtın ən kiçik varisi olan Şahzadə Cemi dünyaya gətirdi.
Çiçək passajı
Çiçək passajı (türk. Çiçek Pasajı) — İstanbulun Beyoğlu rayonunda yerləşən tarixi passaj. Passaj İstanbulun İstiqlaliyyət küçəsini Səhnə küçəsi ilə birləşdirir. == Tarixi == 1876-cı ildə açılmış olan Çiçək passajı tarixi kafelər, şərab barları və restoranlarla örtülü bir qalereyadır. Binanın İstiqlaliyyət küçəsinə baxan girişinin ən üst hissəsində yer alan saatdakı rəqəmlar rum rəqəmlarından ibarətdir. Saat bu gündə oluduğu kimi işləyir. Əvvəllər Çiçək passajının yerində Naum qardaşlarına aid teatr binası yerləşirdi. Teatr 1870-ci yanğınından böyük zərər görmüşdür. Teatrı tez-tez Osmanlı sultanları Əbdüləziz və II Əbdülhəmid ziyarət edirdi. Hətta burada Cüzeppe Verdinin Trubadur operası Parisdən öncə nümayiş etdirilmişdir.
Çiçək pavilyonu
Flora pavilyonu (fr. Pavillon de Flore) — Parisdə yerləşən Luvr sarayının bir hissəsi olmaqla Kral körpüsünün yanında yerləşir. 1607-1610-cu illərdə kral IV Henrixin sifarişi ilə inşa edilmiş pavilyon Tüliri və Luvr sarayları arasında keçid kimi nəzərdə tutulmaqla Tüliri sarayının şimalında, Luvr sarayının Böyük qalereyasının isə şərqində yerləşir.1864-1868-ci illərdə pavilyon Hektor Lefuel tərəfində III Napoleon stilində tamamilə yenidən qurulmuşdur. Luvr sarayının fasadındakı ən məşhur heykəl hesab edilən Jan-Batist Karponun “Floranın triumfu” heykəli pavilyonun cənub fasadının mərkəzi frontonuna həmin dövrdə əlavə edilmişdir. 1871-ci ildə Tüliri sarayı Paris Kommunası tərəfindən yandırılmış, bundan sonra 1874-1879-cu illərdə Lefuel tərəfindən pavilyona cənub pavilyonuna bənzər şimal pavilyonu əlavə edilmişdir. Hazırda Flora pavilyonu Luvr muzeyinin tərkibinə daxildir. == Yerləşməsi == Flora pavilyonu Luvr sarayına bitişik, Parisin Mərkəzində, Sena çayının sağ sahilində (fr. Rive Droite) yerləşir. Pavilyon, Leopold Sedar Senqor körpüsü və Karruzel körpüsü arasında yerləşən və Fransua Mitteran səddinə (əvvəllər Luvr səddi adlandırılmış, 26 oktyabr 2003-cü ildə adı dəyişdirilmişdir) birləşən Kral körpüsünün düz yanındadır. == Tarixi == === IV Henrix və böyük dizayn === Flora pavilyonu IV Henrix dövründə hazırlanmış və Luvr sarayı ilə Tüliri sarayını inşa ediləcək iki böyük qanad vasitəsiylə birləşdirməyi nəzərdə tutan geniş planın tərkibinə daxil idi.
Çiçək tozu
Çiçək tozu – cücülərlə tozlanan bitkilərin erkək elementinin arı fermentləri ilə zənginləşdirilməsi ilə yaranan arıçılıq məhsuludur == Çiçək tozunun tərkibi == proteinlər(zülallar) – 11 – 35% karbohidratlar (qlükoza, fruktoza,saxaroza) – 20 – 39% lipidlər (yağlar və yağabənzər maddələr) – 1 – 20% makroelementlər (K, Ca, P, Fe, Mg) mikroelementlər (Mn, Cr, Zn, I və sair). vitaminlər: karotinoidlər (provitamin А), С, Д, Е, В qrupu, Р, РР, К) bütün əvəzedilməz amin turşuları fitoharmonlar, flavonoidlər, su – 3 – 4%[mənbə göstərin] == Ədəbiyyat == Пчелиная обножка, Журнал "Ратель медоед" — спец. выпуск — Пермь’08 — стр. 3–7 (Rus dilində) Şaqidanova F.A. Bolşoy medovıy leçebnik, izdatelstvo EKSMO.Moskva 2004, səh 147–169 (Rus dilində) Sinyakov A. F. Bolşoy medovıy leçebnik, izdatelstvo EKSMO.Moskva 2009 səh 127–157(Rus dilində)Sinyakov A. F. PÇELİNAYA APTEKA, izdatelstvo FİZKULTURA İ SPORT Moskva 1999, səh 63–88 (Rus dilində) == Həmçinin bax == Arı Bal Arı südü Vərəmum == Xarici keçidlər == Пыльца в Научно-техническом энциклопедическом словаре Проверено 24 января 2009 г. База данных по морфологии пыльцы. Ботанический институт им.
Çiçək xəstəliyi
Təbii çiçək — ağır yoluxucu xəstəlik. İnsanlar təkcə bilavasitə əlaqə nəticəsində deyil, həmçinin üçüncü şəxslər tərəfindən də yoluxa bilərlər. Toz vasitəsilə yoluxma binaların içərisində də yayıla bilər. Çiçək törədicisi inkubasiya dövründən sonra qana keçir və bir neçə gün ərzində qanda dövran edir. Qanın viruslarla dolması çox şiddətli ümumi reaksiyaya, bədənin yüksək hərarətinə, baş ağrısına, bel ağrısına, yaddaşın depressiyasına səbəb olur. 2–3 gündən sonra bədəndə, xüsusilə boğazda və üzdə səpkilər əmələ gəlir. Bu səpkilər şişli və qızılcalı olur. 8–9-cu günlərdə suluqların irinləməsi başlanır, deşilmiş və ya mexaniki olaraq zədə (travma) almış yerlərdən çirk axır və üzün şişməsi baş verir. Selikli qişanın xoralanması nəticəsində udqunma çətinləşir. 15–16-cı günlərdə suluqlar quruyur və nazik qabıq əmələ gəlir, bunlar sonra tədricən düşməyə başlayır.
Fatma Çiçək Derman
Fatma Çiçək Derman (1945, Ankara) — təzhip-miniatür sahəsi üzrə mütəxəssis, professor . == Həyatı və yaradıcılığı == Fatma Çiçək Derman 1945-ci ildə Ankarada doğulmuşdur. İstanbul Qız Liseyini və İstanbul Universiteti ədəbiyyat fakültəsinin sənət tarixi bölümünü bitirib. O, 1985-ci ildən 2012-ci ilə qədər Mərmərə Universitetinin Gözəl Sənətlər Fakültəsində müəllimlik etmişdir. Fakültə dekanı, Ənənəvi Türk Sənətlər Bölümü və Təzhip-miniatür əsas sənət sahəsinin yaradıcısı kimi rəhbərliklərdə çalışdı. 1976-cı ildən başlayaraq 24 il müddətində fəxri olaraq Kubbealtı Nakışhânesinde təzhip müəllimliyi etmişdi. Fatma Çiçək Derman ilk şəxsi sərgisini 1987-ci ildə Qanuni Sultan Süleyman Sərgisi əhatəsində Çikaqoda açmış, müxtəlif illərdə Türkiyədə və xarici ölkələrdə sərgiləri olmuşdur. Türkiyə Respublikası Kültür Nazirliyi tərəfindən keçirilən Dövlət Türk Süsləmə Sənətləri seçici təşkilatında 1990-cı ildən etibarən yer alan F.Ç.Derman Yaponiyada Türk ili olaraq elan edilən 2003-cü ildə professor Uğur Dermanla birlikdə East Asia (Toua) Universiteti tərəfindən dəvət edilmiş, burada sərgi və konfranslarla sənətlərini tanıtmışlar.Professor Uğur Dermanın həyat yoldaşı olan Fatma Çiçək Dermanın üç oğlu, üç nəvəsi vardır. Professor Fatma Çiçək Derman 9 magistr işinin və 7 doktorluq dissertasiyasının elmi rəhbəri olmuşdur. 2012-ci ildə Fatma Çiçək Derman təzhip sahəsində Türkiyə Cümhuriyyəti Kültür və Turizm Nazirliyi tərəfindən Kültür və Sənət Böyük mükafatına layiq görülmüşdür.
Yonca çiçək ağcaqanadı
Yonca çiçək ağcaqanadı (lat. Contarinia medicaginis) — Buğumayaqlılar tipinin İkiqanadlılar dəstəsinin Fır əmələ gətirən ağcaqanadlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Yetkin ağcaqanad 2 mm böyüklükdə olub, uzun qırmızımtıl bədənə malikdir. Qarıncığında tutqun rəngli köndələn zolaqlar vardır. Xortumu qısadır. Duyğu orqanları 4 buğumludur. Bığcıqlar uzundur. Qnadları bədənə nisbətən iridir. Pəncələri beş buğumludur. Dişilərin yumurta qoyanları uzun olub ucları şişdir.
Çiçək Yağışı (1971)
== Məzmun == Kinooçerk çiçəklər haqqında lirik hekayədir. Güllər həmişə insanlara, evə sevinc, gözəl əhvali-ruhiyyə, gümrahlıq, həyata məhəbbət gətirir. Filmdə insanın gülə münasibəti, qarşılıqlı əlaqəsi barədə söhbət açılır. Kinolentdə incə-lirik səhnələrlə yanaşı kəskin dramatik anlar da vardır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rasim Ocaqov Ssenari müəllifi: Arif Əliyev Operator: Rasim Ocaqov Bəstəkar: Emin Sabitoğlu Mahnıların mətninin müəllifi: Vaqif Səmədoğlu Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Al çiçək (film, 1977)
Al çiçək — rejissor İrina Povolotskayanın 1977-ci ildə çəkdiyi film. Əsas rolları Marina İlyiçyova-Rıjakova, Lev Durov və Alla Demidova ifa edirlər. == Məzmun == Uzaq səfərlərə çıxan, hər səfərindən də üç qızına maraqlı, yaddaqalan hədiyyələr gətirən zəngin tacirin sonbeşik qızının başına gələn əhvalatdır. Sevginin gücüylə Bədheybətin yaraşıqlı gəncə çevrilməsi filmin əsas motividir.
Sarı çiçək (film, 1983)
== Məzmun == Film Azərbaycanın dərman bitkiləri haqqındadır.
Çiçək (Xəzər xaqanının qızı)
Çiçək və ya Tzitzak — Xəzər xaqanı Xan Biharın qızı və Bizans imperatoru V Konstantinin ilk həyat yoldaşı. İrini (modern yunanca:Ειρήνη) adı ilə vəftiz edilmişdir. == Həyatı == 732-ci ildə Bizans imperatoru Əməvilərin istila təhdidi altında idi. Müttəfiq arayışı içərisində III Leon xəzərlərin xanı Bihara elçi göndərdi. Leonun oğlu və təcrübəsiz ortaq imperator Konstantin ilə Çiçəkin evliliyi ilə ittifaq yaradıldı. Çiçək Konstantinopola evlilik üçün getdi. Onun həyat yoldaşı Konstantin təxminən 14 yaşında idi. Çiçək ehtimal ki, daha gənc idi, çünki 18 il uşaq dünyaya gətirə bilmədi. İrini adı ilə vəftiz edilib xristian oldu. Çiçəkin toy paltarı Konstantinopolda tzitzakion adı verilən kişi qaftanı üçün yeni moda çılğınlığı başlatdı.Günah Çıxardıcı Theofanisin əsərində Çiçəkin dini mətinləri oxumağı öyrəndiyi deyilir.
Çiçək Abbas (film, 1982)
Çiçək Abbas (türk. Çiçek Abbas) — Sinan Çətinin rejissoru olduğu, İlyas Salmanın baş rolda oynadığı 1982-ci ildə çəkilən Türkiyə filmi. == Mövzu == Çiçək Abbas (İlyas Salman), Şakir adında (Şənər Şən) bir minibus sürücüsünün yanında müavindir. Şakir şorgözün biridir. Abbas isə tam tərsinə saf-sadə biridir. Tək xəyalı minibusçu olmaq və aşiq olduğu və patronunun da evlənmək istədiyi qızla (Pəmbə Mutlu) evlənməkdir. Abbas sınıq-salxaq bir minibusu sələmçidən borclanaraq alır və çalışaraq borcunu ödəməyə başlayır. Bu sırada patronun ayrıldığı nişanlısı ilə bir-birlərinə aşiq olurlar. Şakir bunu həzm edə bilmir və Abbasın minibusunun təkərlərini və motorunu oğurlayır. Zor duruma düşən Abbas borcunu ödəyə bilmir və sələmçi minibusu geri istəyir.
Çiçək yağışı (film, 1971)
== Məzmun == Kinooçerk çiçəklər haqqında lirik hekayədir. Güllər həmişə insanlara, evə sevinc, gözəl əhvali-ruhiyyə, gümrahlıq, həyata məhəbbət gətirir. Filmdə insanın gülə münasibəti, qarşılıqlı əlaqəsi barədə söhbət açılır. Kinolentdə incə-lirik səhnələrlə yanaşı kəskin dramatik anlar da vardır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rasim Ocaqov Ssenari müəllifi: Arif Əliyev Operator: Rasim Ocaqov Bəstəkar: Emin Sabitoğlu Mahnıların mətninin müəllifi: Vaqif Səmədoğlu Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Toz içində çiçək (film, 1959)
Toz içində çiçək (hind धूल का फूल, ing. Dhool Ka Phool) — rejissor Yaş Çopranın 1959-cu ildə çəkdiyi film. == Məzmunu == Filmdə kollecin tələbələri Mina (Mala Sinha) və Maheşin (Racendra Kumar) məhəbbətindən bəhs olunur.
Çiçək və daş (film, 1966)
Çiçək və Daş (hind: फूल और पत्थर, Rom: Phool aur Patthar) — rejissor O. P. Ralhanın çəkdiyi və 1966-cı ildə nümayiş etdirilmiş hind filmidir. Filmdə baş rollarda Dharmendra və Meena Kumari çəkilmişdirlər. Filmdə həmçinin Şaşikala, Lalita Pavar, Madan Puri və İftexar çəkilmişdirlər. “Çiçək və Daş" filmi Dharmendranı vəsf edən bir filmdir. Film kassada 2,75 kror gəlir əldə edərək ilin ən çox gəlir gətirən filmi olmuş və blokbaster statusu qazanmışdır. Film 1968-ci ildə ABŞ-da, 1970-ci ildə isə SSRİ-də 46,4 milyon insan tərəfindən izlənilmişdir. 1968-ci ildə filmin M. G. Ramachandranın baş rolda oynadığı tamil dilində remeyki və 1979-cu ildə Puthiya Veliçamın baş rolda oynadığı Malayalam dilindəki Oli Vilakku adlı remeyki buraxılmışdır. == Süjet xətti == Şəhərdə insanları tələf edən dəhşətli xəstəlik yayılır. Şəhər sakinlərinin bir çoxu yaşadıqları yerləri tərk edir. Şanti adlı cavan qadının ailəsi də çıxıb getmək qərarını verib və onu böyük, zəngin evdə xəstə vəziyyətdə tək qoyurlar.
Ev quşlarında çiçək xəstəliyi və onunla mübarizə tədbirləri (film, 1987)
Армагеддо́н задрёмывание заколеба́ть морко́вина окрова́вить подвёрточный поне́житься скорня́жничание стра́нняя техноге́нный аукциони́ст оптимизи́роваться проре́ха соблазни́ться спектрографи́ческий тео́рийка уме́длить brigade earth-pea evangelical feather-bedded ovary volcanism прополоскать статс-дама